Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.
Vətəninfo.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, "Memar Əcəmi” stansiyasından "Dərnəgül” və "Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar 20 dəqiqədir ki, dayanıb. Sərnişinlərin sözlərinə görə, Metropoliten işçiləri qatarların hərəkətinin dayanması ilə bağlı heç bir məlumat vermir.
"Bakı Metropoliteni” QSC-dən Trend-ə faktı təsdiqləyiblər və qeyd ediblər ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında "Azadlıq” stansiyasında olarkən nasazlıq yaranıb.
QSC-dən bildirilib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib. Bir qatar xətdən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib.
"28 May” stansiyasında isə 18-20 yaşında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL