Bakı-Nabran avtobusunda partlayış baş verdi

Bakı-Nabran avtobusunda partlayış baş verdi

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Bakıdan Nabrana gedən "Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər. ("Report”)

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az