Bakı toyunda “Hizbullah” bayrağı

Bakı toyunda “Hizbullah” bayrağı

Bakı toylarının birində dünya şiələrinin hərbi təşkilatı olan "Hizbullah”ın bayrağı qaldırılıb.

Vüqar Vəliyev adlı bir nəfər bunu sosial şəbəkələrdə paylaşıb.

Şəkildən də aydın görünür ki, iki gənc adam bir sıra ölkələrdə terrorçu təşkilat kimi qadağan edilən "Hizbullah”ın bayraqlarını əllərində tutaraq kamera qarşısında dayanıblar.

Fotoşəkil şərhlə müşayiət olunur. Həmin şərhdə gənclər dostları Kamranı toyu münasibətilə təbrik edirlər.

Qeyd edək ki, "Hizbullah” Livanda yaradılmış hərbi şiə təşkilatı və siyasi partiyadır. Bu təşkilat Livanda İran modelli İslam dövləti yaratmaq uğrunda mübarizə aparır. ABŞ, Kanada, İsrail, Böyük Britaniya, Misir və digər ölkələr tərəfindən terror təşkilatı elan edilən "Hizbullah”ın ideologiyası Xomeyninin ideyasına əsaslanır.


Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az