Bakıda 17 yaşlı oğlan qız üstündə ölümcül döyüldü — FOTOLAR

Bakıda 17 yaşlı oğlan qız üstündə ölümcül döyüldü — FOTOLAR

Bakıda 17 yaşlı oğlan döyülüb.
 
Miq.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə yeniyetmənin anası sosial şəbəkədə məlumat yayıb. Qadın qeyd edib ki, oğlu qız üstündə bu vəziyyətə salınıb:
 
"Oktyabrın 3-də 4 nəfər övladımı ölümcül döyüb. Aldığı güclü zərbələrdən onun kəllə əsasını təşkil edən sümüklər və çənəsi sınıb, beyni silkələnib. Artıq 8 gündür ki, xəstəxanadadır. Şənbə günü əməliyyat olunanda ürəyi tab gətirmirdi, həkimlər zorla həyata qaytara bildilər. Polis də məsələni yubadır. Onların valideynləri isə bir dəfə də olsun zəng edib, oğlumun səhhəti ilə maraqlanmırlar”.
 
Ananın iddiasına görə, yeniyetmələr onun oğlunun sevgilisinə sataşıblar. Oğlan isə məsələyə aydınlıq gətirmək istəyib: "Oğlum danışmağa tək gedib. Onlar isə 4 nəfər olublar. Oğlumu daşla döyüblər”.
 
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az