Bakıda ahıl qadınları qarət edən Salyan sakini 6 il cəza alıb - (FOTO)

Bakıda ahıl qadınları qarət edən Salyan sakini 6 il cəza alıb - (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Salyan rayon sakini Ramin Səfərovun CM-nin 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Miq.az-ın məlumatına görə, bu ilin fevral ayında Nəsimi RPİ və 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ramin Səfərovu yaxalayıblar. Araşdırma zamanı məlum olub ki, o paytaxtda ahıl  qadınlara hücum edərək, onların çantalarındakı pu kisələrini soyğunçuluq yolu ilə ələ keçirib. O, ümumilikdə 3 cinayət epizodu törədib

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az