Bakıda ATIŞMA: Güllə ABŞ diplomatının maşınına dəydi

Bakıda ATIŞMA: Güllə ABŞ diplomatının maşınına dəydi

Miq.az dünən gecə xəbər vermişdi ki,  Bakının Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında güllələnmə hadisəsi baş verib. 

Bu gün "Sputnik” agentliyinin Səbayel rayon polis idarəsindən əldə etdiyi məlumata görə atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. Məlumata görə iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri, Samir adlı şəxs əvvəlcədən "razborka”ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.

Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərmimanov rayonundakı City Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi isidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü) və Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).

Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbayel rayon polis idarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində. Belə ki, diplomatın "Chevrolet” avtomobili "Bulaq” restoranının qarşısında park edilibmiş və Derek Hoqan özü həmin vaxt ABŞ səfirinin restoranın yaxınlığında yerləşən evində qonaq imiş. Atışma zamanı güllələrdən biri səfir müavinin avtomobilinə dəyib. Xoşbəxtlikdən bu zaman avtomobildə olan sürücü xəsarət almayıb. İnsidentdən xəbər tutan diplomat dərhal polisə xəbər verib. Silah işlədən şəxsin artıq polisə təslim olduğu bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az