Bakıda başı kəsilən qadın naməlum zəngin qurbanı olub VİDEO, FOTO

Bakıda başı kəsilən qadın naməlum zəngin qurbanı olub VİDEO, FOTO
Ər keçmiş həyat yoldaşı ilə barışmaq üçün onun atası evinə gəlibmiş

Ötən gün Biləcəri qəsəbəsində Aysel Cəlilovanın boğazının kəsilməsi ilə nəticələnən qətl mərhumun telefonuna gələn naməlum zəng səbəbindən törədilib. İstiPress xəbər verir ki, bunu həmin ərazidə yaşayan sakinlər bildiriblər.

Bakı şəhər sakini İsrail Cəlilov Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı ata evinə gəlib. Bu zaman keçmiş arvadının telefonuna naməlum zəng gəlib və bu səbəbdən də onlar arasında mübahisə baş verib. Qəzəbli halda olan ər Aysel Cəlilovanı hamam otağına çağırıb və orada bıçaqla boğazını kəsərək öldürüb. Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Əri tərəfindən boğazı kəsilən 22 yaşlı Aysel Cəlilova bu gün dəfn olunub. İstiPress-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, bir az əvvəl onun nəşi yaşadığı Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsi, 3 saylı evdən Biləcəri qəbiristanlığına aparılıb. Ailənin  1 və 3 yaşlarında iki azyaşlı uşağı var. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az