Bakıda bu ərazidə şagirdlərə "patı" paylanıb? - Polis həmin şəxsi saxladı (VİDEO)

Bakıda bu ərazidə şagirdlərə

Abşeron rayonunda şirniyyat adı ilə şagirdlərə xüsusi qablarda naməlum maddələrin paylandığı iddia olunur.

Qaynarinfo xəbər verir ki, hadisənin Abşeron rayonunun Masazır qəsəbəsində, "Cantəpə" adlanan ərazidə baş verdiyi bildirilir.

Qeyd edək ki, ərazidə Kəlbəcər rayon 56 nömrəli tam orta məktəb yerləşir. İddia olunur ki, naməlum şəxs və ya şəxslər də bu ərazini məhz şagirdləri hədəf kimi müəyyənləşdirdikləri üçün seçiblər. Onların avtomobildən düşərək şagirdlərə xüsusi qablarda şirniyyat adı ilə narkotik tərkibli maddələr verdikləri iddia edilir. Sakinlər narkotikin "patı" olmasından şübhələnirlər.

Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin direktor müavini Nizami Əsgərov məsələdən xəbər tutan kimi hüquq- mühafizə orqanlarına məlumat verdiyini deyir.

Məsələni Daxili İşlər Nazirliyi nəzarətə götürüb. Nazirlikdən "Xəzər Xəbər"ə bildirilib ki, şagirdlərə şirniyyat adı altında xüsusi maddə payladığı iddia olunan şəxs artıq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi tərəfindən saxlanıb. Həmin qabda olan maddə isə nə olduğunu araşdırılması üçün eksperteziya göndərilib. Cavab çıxandan sonra məsələyə hüquqi qiymət veriləcək.
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az