Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto

Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto
Bakıdakı Məşədi Dadaş məscidində Məhərrəmlik ayı ilə bağlı keçirilən bugünkü mərasimdən - "İmam Hüseyn məclisi"ndən foto paylaşılıb.

Axar.az xəbər verir ki, fotoda ziyarətə gələnlərin hamısının əlində Azərbaycan Bayrağı tutduğu görünür.

Qeyd edək ki, Britaniyadakı səfirliyimizə hücum edən "Mehdinin xidmətçiləri” adlı radikal dini qruplaşma guya Azərbaycanda şiələrin incidildiyini bəhanə edərək, Bayrağımızı və liderlərimizin fotolarını səfirlik binasından götürərək, yerə atmışdılar. Əvəzində özlərinin qara parçalarını "etiraz kimi” asmışdılar.

Xatırladaq ki, buna cavab olaraq Azərbaycandakı məscidlərdə din xadimləri Azərbaycan bayraqlarını qaldırıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az