Bakıda çay evində ƏMƏLİYYAT - Saxlanılanlar var

Bakıda çay evində ƏMƏLİYYAT - Saxlanılanlar var
Bakıda yerləşən çay evində hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat keçirilib.

Criminal.az-a verilən məlumata görə, yanvarın 16-da Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən ''Jasmin'' çay evinə polis əməkdaşları daxil olub.
Çay evində olan 10-a yaxın şəxs aparılıb. Əməliyyat zamanı saxlanılanlardan biri Yusif adlı Qaraçuxur sakinidir.
Əməliyyatın hansı qurum tərəfindən keçirilməsi dəqiq bilinmir.
İddia olunur ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.
Təfərrüatları öyrənməyə çalışırıq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az