Anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir - YENİLƏNİB

Anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir - YENİLƏNİB
Faktla bağlı cinayət işi açılıb 

Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.
 
Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.

 
****
 
Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.
 
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
 
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az