Bakıda dəhşətli qəzaya düşən "10 AX 002" nömrəli avtomobil kimindir? - FOTOLAR
"Kəbirə Məmmədova Klinikası" bu gün Zığ şosesində baş vermiş dəhşətli qəzada yanmış avtomobillə bağlı açıqlama verib. Klinikanın direktoru Lent.az-a açıqlamasında bildirib ki, "KİA Cerato" ilə toqquşan "VAZ 2104" markalı, 10 AX 002 dövlət qeydiyyat nişanlı avtomobil tibb müəssisəsinə məxsus deyil. Klinika rəhbəri nömrəninin özəl tibb müəssisəsinin adına rəsmiləşdirilməsini istisna etməyib.
Qeyd edək ki, "VAZ 2104" markalı avtomobil şəhərə doğru hərəkətdə olarkən digər avtomobilə çırpılıb və partlayaraq yanıb. Avtomobildə olan 3 nəfər yanaraq ölüb.
Miq.Az