Bakıda dələduz “general” axtarışa verildi - FOTO

Bakıda dələduz “general” axtarışa verildi - FOTO

Bakıda "general” ləqəbli dələduz axtarışa verilib.

Vizual.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda "general” ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az