Bakıda faciə - atanın tənbehi və 15 yaşlı qızın dəhşətli addımı
Bakının Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.
Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Naxçıvanski küçəsi, 11-də qeydə alınıb. Həmin ünvanda yaşayan 2001-ci il təvəllüdlü Əfsanə İsmayılova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Əfsanə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yaxınları Əfsanə İsmayılovanın həmyaşıdı olan oğlanla söhbət etdiyini görüb və bunu qızın atasına xəbər verib. Ata qızını tənbeh edib.
Bundan sonra qız özünü 5-ci mərtəbədən ataraq intihara cəhd edib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalar aparılır.
Miq.Az