Bakıda keçmiş məhkum güllələndi

Bakıda keçmiş məhkum güllələndi
Paytaxtda silahlı insident olub.

"Report" bildirir ki, hadisə Sabunçu rayonu, İkinci Zabrat qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Abdulov Vasif Yunis oğlu küçədə odlu silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. Odlu silahdan atəş açaraq cinayət əməli törədən şəxsin axtarışına başlanılıb.

V.Abdulov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə həbs həyatı yaşayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az