Bakıda mənzildən 50 minlik qızıl oğurlandı

Bakıda mənzildən 50 minlik qızıl oğurlandı

Cinayətkar tutulub.

Bakıda yaşayış evindən oğurluq edilib.

Miq.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az