Bakıda polis bıçaqlandı-Oğru tərəfindən

Bakıda polis bıçaqlandı-Oğru tərəfindən

Bakıda oğurluq etmək istəyən şəxs polisi bıçaqlayıb.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Moskva prospekti 78 ünvanında qeydə alınıb. Laçın rayon sakini Ayxan Səfərov və Abşeron rayon sakini Yalçın Cəfərov Nicat Tahirova məxsus "VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd edərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar. Bu zaman Y. Cəfərov bıçaqla polis əməkdaşına xəsarət yetirib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin həmin gün A.Məhərrəmov küçəsi ev 33 "B”nin qarşısında Elçin Xəlilova məxsus "Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az