Bakıda qadına qarşı quldurluq edən şəxs 12 il cəza alıb- (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Emin Alməmmədovun CM-nin 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, ötən il oktyabrın 30-da Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 14-də Marina Şirokovaya məxsus, içərisində 530 manat, 100 dollar və sənədlər olan pul kisəsini quldurluq yolu ilə ələ keçirən Emin Alməmmədov tutulub.
Saxlanılan şəxs əvvəllər məhkum olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Miq.Az