Bakıda qadını borca görə vəhşicəsinə döydülər

Bakıda qadını borca görə vəhşicəsinə döydülər

Yaşar Lalənin öldüyünü zənn edərək polisə zəng vurub.

Bakının Yasamal rayonunda 48 yaşlı qadın evində tanışı tərəfindən döyülüb. 

Miq.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsi, ev 61 ünvanında qeydə alınıb. 

Bu ünvanda yaşayan Lalə Fətullayevə Yaşar adlı tanışından aldığı borcu vaxtında qaytara bilməyib. Lalənin yaşadığı evə gələn Yaşar pulunu tələb edib. Qadın pulu qaytara bilməyəcəyini dedikdə Yaşar onu döyüb. 

Adığı zərbələrdən huşunu itirən Lalə yerə yıxılıb. Yaşar onun öldüyünü zənn edib və DİN-in 102 qaynar xəttinə zəng edərək adam öldürdüyünü bildirib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları Lalə Fətullayevanın sağ olduğunu müəyyən ediblər. 

Ağır xəsarətlər alan qadını xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. 

Yaşar isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az