Bakıda sərnişin avtobusu od tutub yandı

Bakıda sərnişin avtobusu od tutub yandı

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu yanaraq külə dönüb. Hadisə Gəncə-Qazax yolunun Sədərək Ticarət Mərkəzinə yaxın hissəsində baş verib.

Cebhe.info xəbər verir ki, Gəncə-Qazax yolunun Sədərək Ticarət Mərkəzi yaxınlığında sərnişin avtobusu qəflətən alışaraq yanıb.

Dərhal sərnişinlər avtobusu tərk etsələr də, maşının alovunu söndürmək mümkün olmayıb. Dərhal hadisə yerinə FHN Yanğından Mühafizə Xidmətinə məxsus iki yanğınsöndürmə maşını cəlb edilsə də, maşın yanaraq külə dönüb. Xəsarət alan yoxdur, ilkin ehtimallara görə, hadisəyə səbəb onun elektrik sisteminin nasaz olması və nasaz olduğu halda xəttə buraxılması olub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az