Bakıda sevgilisi ilə dalaşıb qaçan qız faciəvi şəkildə öldü

Bakıda sevgilisi ilə dalaşıb qaçan qız faciəvi şəkildə öldü
Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

Miq.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də, gecə 02 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.

1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az