Bakıda siqaret üstündə qan töküldü – VİDEO

Bakıda siqaret üstündə qan töküldü – VİDEO
Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib. 

Miq.az xəbər verir ki, APA TV-nin məlumatına görə, 27 yaşlı Yusifov Faiq Elman oğlu "2-ci mədən” adlanan ərazidə bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Əməliyyatdan sonra Faiq Yusifovun ifadəsi alınıb. O, polis əməkdaşlarına bildirib ki, küçədə ondan siqaret istəyiblər.

Faiq siqaretinin olmadığını deyəndə tanımadığı şəxslərlə mübahisəsi düşüb və mübahisə zamanı bıçaqlanıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az