Bakıda toyda dava düşdü: xəsarət alan var

Bakıda toyda dava düşdü: xəsarət alan var
Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az