Bakıda toyda qətl törədildi

Bakıda toyda qətl törədildi

Bakıda toy mərasimində qətl törədilib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki "Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az