Bakıda xanımın aşırdığı "Galendewagen" - Əvvəl Toğrul, sonra polis zabiti... - FOTO

Bakıda xanımın aşırdığı

Bu gün Bakı şəhərində qəzaya uğrayan 99-CL-999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu iddiaları irəli sürülürdü.

Miq.az azxeber.com-a istinadən bildirir ki, həmin avtomobil, həqiqətən də, idmançıya məxsus olub. Lakin bir neçə ay əvvəl həmin avtomobili dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satıb.

Həmin polis zabitinin kimliyini isə öyrənmək mümkün olmadı.

Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen"in idarəetməsini itirərərk aşırıb.

Qeyd edək ki, 99 CL 999 dövlət nömrə nişanı əvvəllər T.Əsgərova məxsus "Porsche" markalı avtomobilin üzərində olub.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az