Ermənistan işğal altında saxladığı Azərbaycan
mədəniyytəinin beşiyi Şuşa şəhərində müxtəlif obyektlərin tikintisini
davam etdirir. Eyni zamanda əcnəbilərə nümayiş etdirilməsi məqsədilə
müxtəlif təyinatlı obyektlər açılır. Bunlardan biri də Şuşada
fəaliyyətə başlayan geoloji muzeydir.
Maraqlıdır ki, bütün
Ermənistan siyasi elitasının açılış mərasiminə qatıldığı muzey keçmiş
bakılı Qriqori Qabrielyants tərəfindən yaradılıb. Bu şəxsin kifayət
qədər maraqlı bioqrafiyası var.
1934-cü ildə Bakının indiki "Xutor” adlanan ərazisində dünyaya gələn Qabrielyants hazırda "Dağlıq Qarabağ prezidentinin məsləhətçisi” vəzifəsində çalışır.
SSRİ dövlət mükafatı laureatı, akademik, SSRİ-nin sonuncu geologiya naziri (1990-1991) olan Qabrielyants 90-cı illərin ortalarında Dağlıq Qarabağa köçərək, separatçılara öz xidmətlərini təklif etmişdi.
Qriqori
Qabrielyants Dağlıq Qarabağın tərkindəki zəngin mineral və metal
yataqlarının işlənməsində, müxtəlif kəşfiyyat araşdırmalarının
aparılmasında və s. iştirak edib.
Şuşada
açılan geoloji muzey isə bu torpaqlarda çıxarılmış mineral və nadir
metal növlərinin əcnəbi və yerli insalara nümayiş olunması üçün təşkil
olunub.
Qarabağın nadir mineral və
metallarını indi muzeydə nümayiş etdirlir. Modern.az saytı həmin
eksponatların fotolarını təqdim edir.

Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”