Avropanın ən böyük bankı sayılan HSBC xərclərini azaltmaq və biznesi sadələşdirmək məqsədilə ixtisarlar edir. Bankın dünya boyu 25000 iş yerini ixtisar edəcəyi gözlənilir. Bu isə HSBC-nin 266000 işçisindən təxminən 10 faizinin iş yerini itirəcəyi deməkdir.
Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, bankın həmçinin Britaniyadakı əməliyyatlarını “təcrid edəcəyi”, Türkiyə və Braziliyadakı bizneslərini satacağı bildirilib.
Xəbər bankın icraçı direktoru Stuart Qulliverin investorlar və analitiklər qarşısında edəcəyi təqdimatdan əvvəl gəlib.
Analitiklər hesab edir ki, iş yerlərinin ixtisarı heç də düzgün həll yolu deyil.
10 bənddən ibarət plan xərcləri 5 milyard dollara qədər azaltmaq və Asiyada, xüsusilə də Çində investisiyaları artırmaq məqsədini daşıyır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL