“Bank of Azerbaijan" ASC-nin əmanətləri qaytarmaması ilə bağlı vətəndaşların hüquqlarını müdafiə etmək məqsədi ilə Komitə yaradılır.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vəkil İradə Cavadova məlumat verib. Onun sözlərinə görə, yüzlərlə əmanətini ala bilməyən insan səhərdən-axşama qədər bankın Həsən Əliyev filialı qarşısında gözləsə də, bank ancaq həftədə bir dəfə hər müştərisinə 500 AZN ödəyir. Onun sözlərinə görə, bankdakı qanunsuzluqdan şikayət edənlərin sayı artdığına görə Vətəndaşları Müdafiə Komitəsi yaratmaq ehtiyacı duyulub:
“Bəzi vətəndaşlar 2013-cü ildə depozit qoyublar və 2015-in martında müqavilə müddəti başa çatıb. Lakin bank pulu hissə-hissə qaytarır. Bankın vəzifəli şəxsləri ilə dəfələrlə görüşmüşəm. Hər dəfə yüksək vəzifəli məmurların adlarını çəkərək problemin həll edildiyinə dair yalan vədlər verirlər. Üstəlik əmanətlərin qaytarılması zamanı da qanun pozuntularına yol verilir. Belə ki, pulun bir qismi xarici valyuta ilə, bir qismi isə manatla ödənilir. Artıq məsələ ilə bağlı ölkə başçısına da müraciət edəcəyik. Bu məsələ ilə Prokurorluq maraqlanmalıdır.
Çünki bank əmanəti qaytara bilmirsə, yaxud depozitləri xərcləyibsə, bu cinayət məsuliyyəti deməkdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR