“Baş verən hadisədə qatar sürücüsünün heç bir təqsiri yoxdur”

“Baş verən hadisədə qatar sürücüsünün heç bir təqsiri yoxdur”

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bu gün səhər Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarının azyaşlı uşağı virması ilə bağlı yayılan xəbəri təkzib edib. N.Əzməmmədovun sözlərinə görə, qatarın vurduğu şəxs uşaq yox, 1964-cü il təvəllüdlü qadın, Abdullayeva Qətibə İsmayıl qızıdır, hansı ki, onun ruhi xəstə olduğu söylənilir:

"Baş verən hadisədə qatar sürücüsünün heç bir təqsiri yoxdur.  Səhər 7:55 dəqiqədə qatar Sumqayıtdan Bakıya gəlib. Baş Keşlə-Bakı yük mənzilinin 2656-cı  kiometrliyində hadisə baş verir. Bakının Keşlə qəsəbəsinin sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yol xəttinin üzərinə uzanmış və intihar etmişdir.

Ilkin məlumata görə, Qətibə Abdullayevanın ruhi xəstə olduğu bildirilir. Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanların təhvil verilib. Qatar 27 dəqiqə gecikməklə Bakı şəhərinə daxil olub”.

 Moderator.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az