Bərdədə 4 maşın toqquşdu - 4 yaralı

Bərdədə 4 maşın toqquşdu - 4 yaralı
Bərdədə zəncirvari qəza baş verib.

Miq.az xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 4 avtomobil toqquşub, 3 nəfər yaralanıb. "Mercedes” markalı avtomobilin sürücüsü Qurbanov Pərviz və həmin maşındakı sərnişin Ceyhun Bağırov, mikroavtobusun sürücüsü Mübariz Alışanov müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər VAZ- 2106 və "Opel” markalı maşınlara ziyan dəysə də sürücü və sərnişinlər xəsarət almayıb. 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az