Beynəlxalq axtarışa verilən azərbaycanlılar Bakıya gətirildi

Beynəlxalq axtarışa verilən azərbaycanlılar Bakıya gətirildi
Daxili işlər orqanları ilə İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, həmçinin, beynəlxalq axtarışa verilən şəxslərin saxlanılması və ölkəyə ekstradisiya olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. 

DİN-nin mətbuat xidmətindən  verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək, İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.
Bununla əlaqədar Azərbaycan və Qazaxıstan Respublikalarının tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq, S.Tağıyev və K.İbrahimovanın Azərbaycana ekstradisiyası təmin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin açılması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyaların tələbləri çərçivəsində digər dövlətlərin İnterpol MMB-ləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı işgüzar əlaqələrinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az