"Boşandığımı bilib zəng etdi, evləndik" - Dünya çempionu niyə 50 yaşında müsəlman oldu? - VİDEO

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı 50 yaşında islamı qəbul edən Məhəmməd Müslümzadə olub.

 

O, uşaqlıq xatirələrindən söz açıb.

 

"Ailədə iki qardaş və bir bacı olmuşuq. Mən milliyətcə rusam. Dostlarım hamısı azərbaycanlılar idilər. Uşaqlıqda çox davakar olmuşam. Həmişə məktəbdə vuruşurdum. Məhəlləmizdə kiməsə sataşanda biz həmin adamla dalaşırdıq. Bunlar çox vaxt qız üstündə baş verirdi", - deyə o bildirib.

 

Məhəmməd Müslümzadə islam dinini necə qəbul etməsindən də bəhs edib:

 

"Yuxuda bir səs mənə 3 dəfə "sən müsəlman olmalısan" dedi. Bu hal bir neçə dəfə təkrar oldu. Ətrafımdakı insanlar mənə qarşı gəlir, islam dinini qəbul etməyimi istəmirdilər. Amma bütün bunlara baxmayaraq, müsəlman oldum".
 
[video=http:// ]

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az