Səudiyyə Ərəbistanında velosiped sürən, skeytbordla şou göstərən hicablı qadınların rol aldığı klip böyük səs-küy doğurub.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ərəb popçusu Məcid əl Əsranın "Hwages" ("Narahatlıq)" mahnısına çəkdirdiyi klip ərəbləri qəzəbləndirib. Mahnının nəqarət hissəsində "Allahım, bizi kişilərdən qoru", "Kişilər bizi dəli edir" ifadəsi yer alıb.