Bu gün "AzVision.az" xəbər və təhlil saytının 3 yaşı tamam olur
Vətəninfo.az xəbər verir ki, sayt gün ərzində müxtəlif mövzuda olan xəbərlər, müsahibələr və analitik yazılarla oxucuların qarşısına çıxır. Saytın rəhbəri Vüsal Məmmədov 3 illiklə bağlı hisslərini facebook səhifəsində bölüşüb:
"Bu 3 ildə keçdiyimiz böyük yolu mənimlə gələn, mənimlə qalan, AzVision-u birlikdə böyüdən hər kəsə içdən və dərin təşəkkürlər!.. Mən bu redaksiyanı ən azı ailəm qədər sevirəm, burada hər kəs mənə doğmadır, AzVision ailəsinə daxil olan saytlar (AzVision.az, onun xarici versiyaları, Vzglyad.az, Femida.az, Kirpi.info) mənə öz balam kimi əzizdirlər. Hər birinin üstündə zəhmət çəkmişik, çəkirik, çəkəcəyik... Yadımdadır, AzVision.az yeni yaranan vaxtlarda hətta evə getmirdim, həftələrlə ofisdə qaldığım olub...Bu gün biz 30 nəfərlik kollektivlə 3 yaşımızı qeyd eləyəcəyik. Komandamızın hər bir üzvünü təbrik edirəm. "Bərabər yürüdük biz bu yollarda...”
Vətəninfo.az olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol müvəffəqiyyətlər arzulayırıq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL