Bu ölkədə oğlanın qız evinə verəcəyi pul azaldılır

Bu ölkədə oğlanın qız evinə verəcəyi pul azaldılır
Çinin şərqində dövlət orqanları oğlanların evlənərkən qızın ailəsinə ödədikləri məbləğin azaldılmasına çalışırlar

Axşam.az-ın "BBC"yə istinadən məlumatına görə, dövlət evlilik üçün məsrəfləri azaltmaqdan ötrü təklif hazırlayıb. Təklifdə qeyd olunur ki, oğlanın qız evinə ödədiyi məbləğ 60 min yuandan (təxminən 16 min manat), mərasimlərdə masaların sayı 10-dan, toy karvanındakı avtomobillərin sayı isə 6-dan çox olmamalıdır.

Lakin dövlətin bu qərarı vətəndaşların etirazına səbəb olub. Sosial şəbəkələrdə "Dövlət insanların ailə məsələlərinə qarışa bilməz, heç bir qanun ona bu haqqı vermir", - deyə etirazlarını bildiriblər.

Qeyd edək ki, son on ildə Çində evlənmək istəyən bir gəncin qız evinə ödədiyi məbləğin 100 min yuandan (təxminən 30 min manat) çox olduğu qeyd edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az