Böyükkişiyevlə bağlı yeni fakt – Hadisədən 1 gün əvvəl…

Böyükkişiyevlə bağlı yeni fakt – Hadisədən 1 gün əvvəl…
Hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb; cinayət törətməkdə şübhəli bilinən Bəhram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib

Musavat.com Gəncədə baş verən qanlı olaylarla bağlı mötəbər mənbələrdən yeni məlumatlar alıb. Məlumatları təqdim etməzdən öncə xatırladaq ki, artıq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilib.
Musavat.com-a istintaqdakı mənbələrdən çatan məlumata görə, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəhram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib.
Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az