Yaxın vaxtlarda Azərbaycanda üç telekanal HD formatlı yayıma keçəcək.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə artıq qərar verilib. Qərara əsasən hələlik HD formatında yayım Abşeron və Bakını əhatə edəcək: "Gələcəkdə sözügedən yayım bütün bölgələrdə olacaq. Qeyd edim ki, hələlik HD yayıma AZTV, "İdman Azərbaycan" və CBC Sport kanalı keçəcək. Artıq HD yayıma keçidlə bağlı vericilər Azərbaycana gətirilib və quraşdırılıb. Amma buna baxmayaraq, biz adını çəkdiyimiz kanalları bu yayıma keçid üçün tələsdirmirik”.
İ.Məmmədov digər kanalların bu yayıma nə vaxt keçəcəyinə də aydınlıq gətirib: "Teleradio Şurası hər bir telekanala HD formatına keçidi tələb kimi qoyub. Amma buna baxmayaraq, onların maddi durumu da nəzərə alınır. Hazırda onların xərcləri çoxdur. Amma yaxın gələcəkdə digər 6 telekanal da maddi vəziyyətini düzəldib bu yayıma keçəcək. Çünki bu onların da marağındadır”.
Qeyd edək ki, HD yayımda sürət artırılır və texniki problem yaranmır, donmalar olmur, görüntü isə daha aydın və keyfiyyətli olur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL