Üç uşaq anası özünü asdı-Oğuzda intihar

Üç uşaq anası özünü asdı-Oğuzda intihar

Oğuzda üç uşaq anası intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə iyulun 23-ü axşam saat 20 radələrində rayonun Qarabulaq kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Əfsanə Məhəmməd qızı Azaxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. Üç uşaq anası olan 32 yaşlı Əfsanə Azaxovanın intihar səbəbi hələlik məlum deyil.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./Apa/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az