Cakartada kütləvi nikah mərasimi keçirilib

Cakartada kütləvi nikah mərasimi keçirilib
İndoneziyanın paytaxtı Cakartada 400-dən çox cütlük Yeni ili kütləvi nikah mərasimində iştirak edərək qarşılayıb.

Miq.az "Azərtac"a istinadən xəbər verir ki, yeni evlənənlər şəhərin mərkəzində qurulmuş çadırın altına toplaşıblar. Onlar burada and içərək, evlilik barədə şəhadətnamələri imzalayıblar.
Yerli hakimiyyət orqanları bu tədbiri toy etmək üçün maliyyə imkanları olmayan cütlüklər üçün təşkil edib.
İndoneziyada toy mərasimləri bəy ilə gəlinin dinin inanclarına uyğun olaraq təşkil edilir. Yalnız bundan sonra həmin nikahlar rəsmi olaraq təsdiq olunur.
Kütləvi nikah mərasimində Cakartanın meri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az