Cəlilabadda 25 yaşlı gəncə şüşə butulka ilə ağır xəsarətlər yetirdilər
Cəlilabad sakini həmyerlisinin təcavüzünə məruz qalıb.
APA-nın məlumatına görə, hadisə sentyabrın 1-i axşam saatlarında rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb. Rayonun Muğan kənd sakini Əliqismət Dövlətov şəxsi münasibətlər zəminində Maşlıq kənd sakini, 25 yaşlı Raul Adgözəlova şüşə butulkanın qırıntısı ilə hücum edərək, onun bel nahiyəsinə bir neçə zərbə endirməklə ağır bədən xəsarətləri yetirib.
Güclü zərbənin təsirindən zərərçəkmiş hadisə yerindəcə huşunu itirib. Köməyə çatan yaxınları Raul Adıgözəlovu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib.
Onun vəziyyəti ağır olaraq qalır.
Miq.az