Cəlilabadda ağır qəza: Ölən və yaralanan var

Cəlilabadda ağır qəza: Ölən və yaralanan var

Сəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Miq.az APA-nın məlumatına istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Bakı şəhər sakini Həşim Ələddin oğlu Həşimovun idarə etdiyi "KİA” markalı mink avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və  beton dirəyə çırpılıb.
 
Güclü zərbədən sürücü daxil olmaqla avtomobilin sərnişinləri Tələt Ağayev və  Fərhad Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Yaralılara müvafiq tibbi yardım göstərilib, lakin onlardan  Fərhad Mirzəyev bir müddət sonra dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.  
 
İlkin versiya kimi qəzanın avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın verəcəyi yekun rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az