Cəlilabadda öldürülən nişanlı oğlanın atası DANIŞDI: "Oğlumu ata bağlayıb..." - TƏFƏRRÜAT
Musalı kənd sakini 22 yaşlı Sirus Nəsirovun atasının Publika.az-a verdiyi məlumata görə, oğlunu ata bağlayıb kənd boyu sürüyüblər:
"Mənim oğlum sakit uşaq olub. Bütün kənd tanıyır ki, o necə oğlan idi. Şər-böhtan atırlar. Seymur qonşu kənddə yaşayır. Mənim oğlum nişanlı idi, bu gün-sabah toyu olacaqdı. Sirusun nişanlısının telefonu yox idi. Həmişə Seymurgilə gedib, onun həyat yoldaşının telefonu ilə Sirusa zəng edirdi. Seymurla Sirusun yoldaşlığı da belə yaranmışdı. Sonra belə hadisə eşitdik. Mən oğlumun meyitinə baxa bilmirdim. Onu ata bağlayıb kənd boyu sürüyüblər. O qədər döyüblər ki, cəsəd göm-göy, yara içində idi. Başına küt alətlərlə o qədər vurublar ki, cəsəd tanınmaz hala düşüb. Bütün sümükləri sınıq-sınıq olub. Bu bir nəfərin işi deyil. Hələ ki, şübhəli qismində Seymuru saxlayıblar. Polislər araşdırır. Bu cinayətdə kimin əli varsa, hamısı cəzasını çəkəcək”.
S.Nəsirov bu gün öz kəndində dəfn olunub.
Miq.Az