Cütlük toydan iki saat sonra boşandı-Maraqlı səbəb

Cütlük toydan iki saat sonra boşandı-Maraqlı səbəb

Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra sosial şəbəkələrdə yayılmış fotolara görə boşanıb.

Məlumata əsasən, ər həyat yoldaşının "Snapchat” şəbəkəsində bir neçə fotonu paylaşdıqdan sonra boşanmaq qərarı verib. Gənc qadın rəfiqəsinə toy mərisimindən bir neçə foto göndərib. Nikah müqaviləsində isə qadının "Snapchat”, "Instagram” və "Twitter” kimi sosial şəbəkələrdən istifadə etməyəcəyinə dair xüsusi bənd olub.

Səudiyyə Ərəbistanın qanunlara əsasən, kişilər heç bir səbəb olmadan belə birtərəfli qaydada boşana bilərlər. Qadınlar isə boşanma ərizəsi verməzdən əvvəl ərlərinin və məhkəmənin razılığını almalıdırlar. (oxu.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az