Onların ailələrində bu kimi konfiliktlər davamlı şəkildə olub. Məlumatlara görə, onlar uzun müddət yola getməyiblər. Hətta bundan öncə Əflan Gəncəli oğlu Hüseynovdan evdə dava saldığı üçün bir neçə dəfə şikayət edilib. Hadisəni törədən şəxs içki aludəçisi olub.
Bu sözləri Axar.az-a danışan Hacıqabul Rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov deyib.
O, hadisəni törədən şəxsin əvvəllər Rusiyada çalışdığını bildirib:
"Mərhumların iki qız, iki oğlan övladı var. Hər biri də ailəlidir. Oğlan övladları Hacıqabul bazarında qəssablıqla məşğul olurlar”.
Xatırladaq ki, bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında dəhşətli qətl hadisəsi qeydə alınıb.
Rayon sakini 1953-cü il təvəllüdlü Əflan Hüseynov həyat yoldaşı, 1954-cü il təvəllüdlü Almaz Sabir qızı Hüseynovanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Bundan sonra isə Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat