Böyük Britaniyanın mərhum Baş naziri Marqaret Tetçerin şəxsi əşyaları 5 milyon dollara satılacaq.
Vizual.az-ın məlumatına görə, Londonda Christie's hərracında baş tutan satış zamanı onun şəxsi əşyaları ümumilikdə 5 mln. dollara satılıb.
Əşyaların arasında ən qiymətlisi keçmiş ABŞ prezidenti Ronald Reyqanın Marqaret Tetçerə hədiyyə etdiyi qartal heykəli hesab olunur.
Bu heykəlin hərracda 12 min dollara satılacağı düşünüldüyü halda o, 400 min dollara satılıb.
Hərrac zamanı ümumilikdə 350 əşya satışa çıxarılıb ki, onların 200-ü elektron hərrac vasitəsilə satılıb.
Bu ilin əvvəlində isə Böyük Britaniyada Marqaret Tetçerin SSRİ lideri ilə 1985-ci ildə başlayan dostluq əlaqələrini özündə göstərən gizli əlyazmalar hərraca çıxarılıb.
1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olan Marqaret Tetçer məktəbi əla qiymətlərlə bitirərərək Oksford Universitetinə qəbul olub. Eyni zamanda fəal siyasətə qoşulan Tetçer, 1959-cu ildə parlamentə üzv seçilir. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlayıb. Daha sonra 1979-cu ildə seçkilərdə qələbə qazanaraq, 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik etdi. Tarixdə Tetçerin adı "Dəmir Ledi" kimi qalıb.
Marqaret Tetçer 2013-cü il insultdan vəfat edib./ANS
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL