Rusiya lideri Vladimir Putin dünyanın ən çox maraq göstərdiyi liderlər sırasındadır. Əvvəl qərb dövlətləri, sonra isə Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda ona, həyatına, davranışlarına olan maraq daha da artıb.
VİZUAL.az xəbər verir ki, son zamanlar isə Rusiya prezidenti Vladimir Putinin gəzərkən sağ əlini az yelləyərək bədəninə yaxın saxlaması, sol əlini isə daim hərəkət etdirməsi araşdırma mövzusu olub.
Portuqaliya, İtaliya və Hollandiyadan bir qrup elm adamının birgə araşdırması ingilis tibb jurnalı "The BMJ"də nəşr olunub. Hollandiyadakı "Radboud Universiteti" araşdırmaçıları Putin və bəzi yüksəksəviyyəli rəsmilərin hərəkətlərini analiz edib.
Araşdırmaların nəticəsinə görə, Putinin gedərkən sağ əlini az yelləyərək bədəninə yaxın tutması, sol əlini isə hərəkət etdirməsi illər əvvəl Sovet kəşfiyyatı "KQB"də aldığı təlimdən irəli gəlir. Sovet dövründə "KQB" agentləri tapançalarını qoltuq hissəsində daşıyırdılar. Sağ əl isə silaha daha tez çatması üçün boş saxlanılırdı.
Qeyd edək ki, Putinin bu cür yerişinə KİV-də geniş yer ayrılmışdı. İddia edilirdi ki, Putin parkinson xəstəsidir. Ancaq son araşdırma belə bir halın olmadığını aşkara çıxarıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL