Çörçillin şalvarının qabağı... - KQB buna görə illərlə baş sındırıb

Çörçillin şalvarının qabağı... - KQB buna görə illərlə baş sındırıb

Çörçill 140 yaşında

Sirlərlə dolu tapmaca... Və ya bir müəmma. Rusiya Böyük Britaniyanın dövlət, siyasi və hərbi xadimi, Mühafizəkarlar Partiyasının liderlərindən olan məşhur Çörçilin təsvirini insanların öz müzakirəsinə həvalə edib. Çörçill ziddiyyətlərlə, miflərlə dolu biri idi. Və hər hansı siyasətçi kimi bütün sirləri kəfəninə bükərək aparıb.

Onun haqqında bir çox dillərdə tərcümeyi-hallar yazılıb. Lakin bunların heç biri onu tanımağa əsas vermir. Və sadəcə bir neçəsi onun 140-cı doğum günü ilə üst-üstə düşür.

Həmçinin Sovet və Rusiya tarixində də Çörçill haqqında müxtəlif ideyalar var. Həmin fikirlərdən bir neçəsini təqdim edirik:

- Barbar rusların fikrincə Çörçillin əcdadları ruslar idi.

- Çörçill anti-kommunist olsa da, Stalinlə əl sıxandan sonra depressiyaya düşüb.

- Çörçillin sevimli içkisi Sovet brendlərindən biri idi ki, o, həmin içkidən gündə bir şüşə içirdi. Çörçill onun dadının dəyişməsi haqqında Stalinə şikayət edəndən sonra zavodun rəhbəri dərhal Sibirə sürgün edilib. Lakin xoşbəxtlikdən Çörçill onun işini bərpa edib.

Faizlərin oyunu

Dediyim kimi, qeyd etdiklərimin doğru və ya yanlış olmasından asılı olmayaraq, reallıq budur ki, Çörçill Mərkəzi və Şərqi Avropada Stalinlə bağlı nəzarəti ələ almış sənədləşdirilmiş faktdır. Həmin "yaramaz sənəd” adlı rəzil əlyazma Çörçillin Stalinin Britaniya və Rusiyanın region ölkələrində nüfuzunu necə aşağı düşürən faiz nisbəti ilə sıralayıb. Çörçill Yunanıstana nəzarət qarşılığında Stalinə bütün Şərqi Avropa ölkələrinə nəzarəti təklif edib. Bu istənilən diktatorun məmnuniyyətlə qarşılayacağı geosiyasət idi. Amma Çörçillin demokratiya və azadlıq hərisliyi öz çempionluğuna mane olub. Çörçillin Stalinə bu cür həyasız təklif etməsi sadəcə Şərqi Avropa ölkələrinin azadlığının təbliğatı idi.

Fulton çıxışı zamanı Çörçill "Baltik dənizi üstündəki Ştettindən Adriatik dənizi üstündəki Triestədək qitə üzərinə dəmir pərdə çəkilib. Xəttin arxasında Mərkəzi və Şərqi Avropa dövlətləri qalıb, onların əhalisi sovet sferasına düşüb. Bu, təkcə sovet təsiri deyil, çox yüksək və artan dərəcədə Moskvanın nəzarəti deməkdir” deyib.

Hətta çıxışının daha təsirli olması üçün o, boyaları tündləşdirməkdən də çəkinmirdi. Əlavə etmişdi ki, "Avropanın on qədim paytaxtı indi "dəmir pərdə” arxasındadır. Qitənin böyük hissəsi asılılıqdadır. Onlar natsizmdən yalnız ona görə yaxa qurtardılar ki, kommunizmin ifratçılığı altına düşsünlər”.

Hiyləgər planlar

Çörçill ömrü boyu kommunizmə və şəxsən Stalinə qarşı ədavət hissiylə yanaşıb. Stalin də Çörçillin səmimiyyətinə inanmırdı:

"Bu ikiüzlü məni inandırmaq istəyir ki, belə gövdəylə o, Londonda təkcə sendviçlərlə dolanır”. Amma Molotov təsdiqləyir ki, 1942-ci ildə Çörçill onu səhər yeməyinə dəvət edəndə masa üzərində kofe və sıyıqdan başqa heç nə yox idi. Müharibənin ən ağır illərində belə Moskva ziyafətlərində masa ən ekzotik və bahalı təamlardan zığ vurardı. Hərdənbir Stalinlə Çörçill içmək yarışına çıxırdı. İçməkdə ad çıxarmasına baxmayaraq, az keçməmiş valaylayan Çörçill bir o qədər içmiş və tam ayıq olan Stalinə qəribə nəzərlərlə baxanda, "narahat olma, Rusiyanı içib qurtara bilmərəm” deyib.

Sovet rəsmiləriylə görüşlərin birində ofisiant Çörçillin şalvarının açıq olmasını görüb ona kiçik namə yazıb. Cavabında Çörçill "Ölüvay quşcuğaz bir daha yuvasından pərvaz edə bilməyəcək” yazıb göndərmişdi. Bu məktubun qırıqlarını ələ keçirən sovet kəşfiyyatı neçə illər bu məktubun şifrəsini açmaq üzərində baş sındırırmış. Bir neçə il sonra Xruşşov İngiltərədə olanda bu məsələylə maraqlanıb soruşmuşdu ki, "Böyük üçlükdən təkcə siz qalmısız. Bəlkə sirri bölüşərdiz”. Çörçill də "qoca qartal”ın sirrini açıb kəşfiyyatı cümlənin açmasını axtarmaq zülmündən xilas eləmişdi.

Balaca ingilis eşşəyi

1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin – SSRİ, ABŞ və Böyük Britaniyanin iştirakı ilə keçirilən Tehran konfransında Çörçill II cəbhənin açılmasına qəti etirazını bildirib. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə deyib:

"Həyatımda ilk dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi.”

1945-ci il 8 mayda U. Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanı kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam konfransında (1945-ci il, 17 iyul-2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq olub.

Çörçill "soyuq müharibə” siyasətinin başlıca ilhamçılarından, təcəvüzkar hərbi blokların təşkilatçılarından olub. O, 19 sentyabr 1946-cı ildə İsveçrənin Sürix şəhərinin universitetində "Oyan, Avropa” adlı çıxış edir. O, Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatları yaratmağa, Almaniya və Qərbi Avropa dövlətlərini birgə ittifaqa çağırır və yenidən Böyük Britaniyanın baş naziri olur.

Yamacdan zirvəyə...

Əslində onu siyasət zirvəsinə aparan yol da yaradıcı əməkdən - jurnalistikadan başlayıb. Sandxersdəki quru qoşunları məktəbini bitirdikdən sonra 1895-ci ildə leytenant Çörçill "Deyli qrafik” qəzetinin müxbiri kimi ispan-amerikan müharibəsinin qızışdığı Kubaya gedib. Göndərdiyi məqalə və xəbərlər təkcə operativliyi ilə deyil, həm də təsvirlərinin canlılığı ilə diqqəti çəkirdi.

Çörçill qeyri-adi istedada malik natiq idi. Şifahi çıxışlarının hər biri əslində öz ritmi, kompozisiyası, süjeti olan bitkin əsər sayıla bilərdi. Faşistlər İngiltərəyə hücumlarını intensivləşdirəndə o, baş nazir kimi xalqa müraciətlə deyib:

 

"Biz öz adamızı nəyin bahasına olursa, olsun müdafiə edəcəyik. Biz dəniz sahillərində vuruşacağıq. Biz aerodromlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda vuruşacağıq. Biz heç zaman təslim olmayacağıq!”

Uinston Çörçill kifayət qədər uzun həyatı və siyasi kariyerası dövründə bir çox dünya ölkələrinin ali mükafatlarına layiq görülüb. 1953-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatı alıb. Həmin ildə kraliça II Yelizaveta tərəfindən "Bağlama ordeninə” layiq görülüb. 1963-cü ildə isə ABŞ-ın fəxri vətəndaşı olub.

2002-ci ildə Birləşmiş Krallıqda "BBC” teleradioşirkəti tərəfindən keçirilmiş 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilib.

Ulduz saatı

İkinci Dünya müharibəsi Çörçillin uğur məqamı idi. O, "Mən sizə ağır zəhmət, qan-tər və göz yaşlarından başqa heç nə vəd edə bilmərəm” desə də, ölkəni faşizmə qarşı mübarizə lozunqu altında birləşdirə bilib. Kart oyununda qazandığı bacarıqlar Çörçillin İkinci Dünya müharibəsi zamanı çox karına gəlib. O, manevr edir, blef qurur, risk eləyir, gah Mussolini ilə yazışır, gah Rusiyaya arxalanırdı. Onun iş rejimi əməkdaşları lap əldən salırdı. Səhərədək gedən iclaslardan adamlar yorulub əldən düşən vaxt Çörçill başını atıb divanda yarımca saat yuxulamaqla özünü bərpa eləməyi bacarırdı. Ona cəmi 3-4 saat lazım idi ki, yenidən əvvəlki enerjisiylə işə başlasın.

"Hitler! Sənin ananı…”

İngilis cəmiyyətində pul haqqında danışmaq yaxşı sayılmır. Çörçill isə hamının yanında siqara verdiyi böyük məbləğlərdən, kazinoda udduğu pullardan danışardı. O, kinoda Çörçillin rolunu oynamış aktyordan nə qədər qonorar aldığını soruşub qıpqırmızı olanadək utandıra bilərdi, sonra məbləği öyrənib "Bu qiymətə mən elə özüm özümü daha yaxşı oynaya da bilərdim” deyib.

1874-cü ildə Blenim şəhərində qadınların soyunma otağında dünyaya göz açan Ser Uinston Leonard Spenser Çörçill ömrünün sonunda depressiyaya düşür və 1965-ci ildə ölüm yatağında bu sözləri deyir:

"Hər şey necə cansıxıcıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az