Keçirilən əməliyyatlar qarşısında çıxılmaz vəziyyətə düşən İŞİD terror qruplaşması xaricdə olan silahlılarının geyim nizamnaməsində dəyişiklik edib.
Vizual.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, terror qruplaşmasının rəhbərliyi üzvlərinin tamamilə kamuflaj olması üçün bəzi güzəştlər edib. Belə ki, yeni nizamnaməyə görə terrorçuların sırğa taxmasına, saçlarını uzatmasına, xarici musiqilərə qulaq asmasına, əllərində moda, kino, səyahət və s. bu kimi nəşrlərlə dolaşmasına, həmçinin mövsüm şərtləri nəzərə alınaraq idman stilində geyinməsinə icazə verilib.
Bundan başqa terrorçulara, diqqəti cəlb etməmək və şübhə yaratmamaq üçün əyləncə mərkəzlərinə girib-çıxmaq izni verildi. Nizamnamənin qondarma xəlifə Əbu Bəkr Bağdadiyə yaxın şəxslər tərəfindən hazırlandığı bildirilir.
Noyabrın 13-də İŞİD terror qruplaşmasının Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən terakt törətməsindən sonra əksər dünya ölkələri bu qruplaşmaya qarşı intensiv əməliyyatlara başlayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL