Suriyanın Türkiyə ilə sərhədində hərbi təyyarə qəzaya uğrayıb.
Vizual.az Axar.az-a istinadən xəbər verir ki, hərbi təyyarənin kimə aid olduğu barədə məlumat yoxdur.
Təyyarənin Türkman dağı ətrafında qəzaya uğradığı bildirilir.
"Habertürk” qəzetinin müxbiri Murad Qaradaşın ərazidən verdiyi məlumata görə, hərbi təyyarə göydə birdən-birə alovlanıb:
"Səhər saatlarında Türkman bölgəsi ilə bağlı xəbər hazırlığı apardığımız vaxt birdən səmada hərbi təyyarə göründü. Bombardman haqqında fikirləşdiyimiz zaman təyyarə göydə alovlandı və sürətlə yerə düşməyə başladı”.
Pilotların katapult etdiyi bildirilib.
"CNN Türk” telekanalı təyyarənin Türkiyə qırıcıları tərəfindən vurulduğunu iddia edib.
Katapult edən pilotlardan birinin türkmanlar tərəfindən girov götürüldüyü, digərinin də axtarışına başladıldığı bildirilib.
Məlumata görə, təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə aid F 16 qırıcısı tərəfindən vurulub. Türkiyə vurulan təyyarənin Rusiyaya məxsus Su-24 qırıcısı olduğunu bildirib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. Lakin qırıcının Türkiyənin ərazisini pozmadığı bildirilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL