Deputatlığa namizədliyini irəli sürən 286 şəxsə imza vərəqi verilib

Deputatlığa namizədliyini irəli sürən 286 şəxsə imza vərəqi verilib
"Parlament seçkisində namizəd olmaq üçün 498 müraciət daxil olub”.

Vətəninfo.az-ın "Report”a istinadla məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, onlardan 254-nün namizədliyi siyasi partiyalar, 13 nəfərini isə "Azadlıq-2015” seçki bloku irəli sürüb.

M.Pənahov qeyd edib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, onlara imza vərəqələri verilib.

Onun sözlərinə görə, 74 müşahidəçi MSK-da akkreditasiyadan keçib. Onlardan 69 nəfəri öz təşəbbüsü müşahidəçi olmaq istəyənlərdir, 5 nəfər isə qeyri-hökumət təşkilatlarını təmsil edir. 

Qeyd edək ki, parlament seçkisini noyabrın 1-də keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az